Meydan TVnin əməkdaşları saxlanılıb?

06.12.2024

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Meydan TV"nin əməkdaşları jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş və Natiq Cavadlının saxlanıldığı iddia olunur.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

DİN-in mətbuat xidmətindən məlumatı Bakupost.az-a təsdiqləməyiblər. Yalnız Ramin Cəbrayılzadənin (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanıldığı qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью