Meydan TVnin əməkdaşlarının evində axtarış aparılıb

06.12.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Meydan TV-nin saxlanılan bir qrup əməkdaşının- Aytac Tapdıq, Xəyalə Ağayeva, Aynur Elgünəş, Ramin Deko və Natoq Cavadlının mənzilində axtarış aparılıb.

Gununsesi.info xəbər verir ki, BŞBPİ-nin əməkdaşlarının apardığı axtarış zamanı jurnalistlərin evindən komputer və telefonları götürülüb.

DİN-nin məlumatına görə, jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə xaricdən pul gətirməsinə əsaslı şübhələr olduğundan onlar saxlanılıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью