Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Kəlbəcər rayonunda inşa edilmiş “Meydan” və “Qamışlı” kiçik su elektrik stansyalarında (KSES) faəliyyətə başladığı dövrdən bu ilin may ayınadək 37,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyinin məlumatında daha sonra bildirilir ki, bu müddətdə “Meydan” KSES-də 11,4 milyon kVt/saat, “Qamışlı” KSES-də isə 26,2 milyon kVt/ saat elektrik enerjisi istehsal olunub. Məlumata görə, stansiya 2023-cü il mayın 27-də istismara verilib. Ümumi gücü 3,4 MVt olan “Meydan” KSES hər biri 1,7 MVt gücündə 2 hidroaqreqatdan, ümumi gücü 6,3 MVt olan “Qamışlı” KSES isə hər biri 3,15 MVt gücündə 2 hidroaqreqatdan ibarətdir.
Qeyd olunub ki, KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün “yaşıl” enerji mənbəyi hesab olunur və enerjinin istehsalı zamanı atmosferə istixana effekti yaradan qazları atmayan elektrik enerjisi müəssisəsidir.