Icma.az, Metbuat portalına istinadən məlumat yayır. Türkiyənin İkinci Liqasında maraqlı hadisə baş verib.
Metbuat.az xəbər verir ki, İkinci Liqanın əsas klublarından olan "Yeni Malatyaspor" meydana 7 futbolçu ilə çıxıb.
Buna görə də bu gün keçirilməsi planlaşdırılan "Yeni Malatyaspor" - "Sparta 32 Spor" matçı baş tutmayıb.Məlum olub ki, "Yeni Malatyaspor"un heyətində olan 14 futbolçudan 7-si qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün polis tərəfindən saxlanılıb.
Hakim 11 nəfərə qarşı 7 futbolçu ilə mübarizə aparmağın ədalətsiz olduğunu deyərək, matçı qeyri-müəyyən müddətə təxirə salıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.