Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan Birinci Liqasında yeddinci turun “Mingəçevir” - “Şahdağ Qusar” matçına gəlməyən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Noyabrın 4-də keçirilməli olan qarşılaşma “Mingəçevir” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığı üçün klub həmçinin 3000 manat cərimələnib.
Qeyd edək ki, “Mingəçevir” dörd xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alıb. 18 xala malik “Şahdağ Qusar” isə liderdir.