Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı

18.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı

“Jirona” ukraynalı hücumçusu Viktor Sıqankov barəsində intizam işi başladıb.

QOL.az xəbər verir ki, Kataloniya klubu bunun futbolçunun son davranışları ilə əlaqədar olduğunu açıqlayıb.

Klubun yaydığı bəyanatda Sıqankovun hərəkətlərinin müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilə biləcəyi və onun davranışının klubun tələb etdiyi standartlara uyğun olmadığı bildirilib.

“Jirona” öz hüquq və maraqlarını qoruyacağını, intizam proseduru çərçivəsində müvafiq addımlar atacağını da vurğulayıb. 

Qeyd edək ki, daha əvvəl Sıqankovun “Jirona” Sequndaya düşdükdən sonra müqaviləsinə xitam verilməsini istədiyi və başqa komandaya keçməyi planlaşdırdığı bildirilirdi. Futbolçu “Leqanes”lə mövsümün ilk turunda keçirilən və 1:1 hesabı ilə başa çatan görüşdə meydana sonradan daxil olmaqdan imtina edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью