Meydana qeyri adi formalarla çıxdılar

14.05.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Milan”ın futbolçuları cümə günü hamını təəccübləndiriblər. Onlar A seriyasının 36-cı turunun “Bolonya” ilə oyununa analarının soyadları yazılan formalarla çıxıblar.
İtaliya klubu bu addımı mayın 11-də qeyd olunan Beynəlxaq Analar Günü münasibəti ilə atıb. Oyunun keçirildiyi “Cüzeppe Meatsa” stadionunun ekranlarında və LED lövhələrdə “Milan”ın əfsanələrinin, futbolçularının və azarkeşlərinin göndərdikləri analarına məxsus fotolar nümayiş olunub.
Bundan əlavə, ana və uşaqdan ibarət bir neçə azarkeş cütlük “Milan”ın 3:1 hesablı qələbəsi ilə nəticələnən matçı VIP zonadan izləmək şansı əldə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью