Meydana yanvarda qayıda biləcək

22.11.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona”nın oyunçusu Andreas Kristensen əməliyyət olunub.
“Catalunya Radio”nun məlumatına görə, 28 yaşlı danimarkalı müdafiəçi hər iki ayağının vətərlərindən əməliyyat olunub. Onun yaşıl meydana gələn il yanvarın sonunda qayıdacağı ehtimal edilir.
Andreas avqustda zədələnib. O, bu mövsüm “Barselona”nın heyətində yalnız bir oyun keçirib.
Müdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью