Meydançaya ildırım düşdü, futbolçu öldü Yeni Sabah

04.11.2024

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Peruda futbol oyunu zamanı faciə baş verib.

Yenisabah.az xəbər verir ki, aşağı liqaların birində keçirilən "Xuventud Bellavista" - "Familia Çokka" matçı zamanı güclü yağış başlayıb.

Futbolçular paltardəyişmə otağına yollanarkən meydana ildırım düşüb.

Nəticədə meydan sahiblərinin müdafiəçisi Xose Uqo De la Krus Mesa həlak olub. Daha 4 futbolçu isə yaralanıb. Onlar yanıq xəsarəti alıblar.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью