Meydançaya ildırım düşdü, ölən və yaralananlar var | Icma.az
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Peruda futbol oyunu zamanı faciə baş verib.
QOL.az xəbər verir ki, aşağı liqaların birində keçirilən "Xuventud Bellavista" - "Familia Çokka" matçı zamanı güclü yağış başlayıb.
Futbolçular paltardəyişmə otağına yollanarkən meydana ildırım düşüb.
Nəticədə meydan sahiblərinin müdafiəçisi Xose Uqo De la Krus Mesa həlak olub. 35 yaşlı futbolçu meydanda həyatını itirib.
Daha dörd futbolçu isə yaralanıb. Onlar yanıq xəsarəti alıblar. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu