Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın "Metz" və Niderlandın "Fortuna" komandaları arasında keçirilən yoxlama matçında xoşagəlməz hadisə yaşanıb.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Matilda Demonse meydanda baş nahiyəsindən zərbə alaraq yüngül beyin silkələnməsi keçirib.
Hadisə matçın 39-cu dəqiqəsində futbolçular arasında baş verən kütləvi dava zamanı yaşanıb. Tərəfləri sakitləşdirməyə çalışan qadın hakim qarışıqlıqda təsadüfən baş nahiyəsindən zərbə alaraq yerə yıxılıb.
Bildirilir ki, Demonse ilk hissənin son 6 dəqiqəsində yan hakim kimi fəaliyyət göstərib. Fasilədən sonra isə meydana qayıtmayıb.
Matç başa çatdıqdan sonra futbolçular təsadüfən vurduqları zərbəyə görə hakimdən üzr istəyiblər.