Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?

17.12.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?

Son beş mövsümdə ən çox oyun dəqiqəsi toplayan futbolçuların reytinqi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) məlumat paylaşıb. Belə ki, siyahıya Braziliyanın "Palmeyras" klubunun mərkəz müdafiəçisi Qustavo Qomes başçılıq edir. Paraqvaylı futbolçu klubda və milli komandada ümumilikdə 28 194 dəqiqə meydanda olub.

Siyahıda yer alan digər futbolçuların ilk 10-luğu isə belədir:

Qustavo Qomes ("Palmeyras"/Paraqvay millisi) - 28 194 dəqiqə Brunu Fernandeş ("Mançester Yunayted"/Portuqaliya millisi) - 27 634 Nikolas Otamendi ("Benfika"/Argentina millisi) - 26 791 Harri Keyn ("Tottenhem"/"Bavariya"/İngiltərə millisi) - 25 680 Deklan Rays ("Vest Hem"/"Arsenal"/İngiltərə millisi) - 25 351 Kilian Mbappe ("PSJ"/"Real"/Fransa millisi) - 25 199 Junior Alonso ("Krasnodar"/"Atletiko Mineyro"/Paraqvay millisi) - 25 039 Hans Vanaken ("Brügge"/Belçika millisi) - 24 965 Coşua Kimmiç ("Bavariya"/Almaniya millisi) - 24 575 Marlon ("Atletiko Qoyaniense"/"Botafqo") - 24 558

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью