“Meydanda pul rol oynamır” Fərid Namazov

29.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Meydanda pul rol oynamır” - Fərid Namazov

Misli Premyer Liqasının üçüncü turu çərçivəsində "İmişli" "Şəfa"ya 1:0 hesabı ilə qalib gəlib.

QOL.az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb:

“Matçın çətin keçəcəyini bilirdik. Buna yaxşı hazırlaşmışdıq. Qarşılaşmanın böyük hissəsində üstün tərəf biz olduq. Yeganə narazı qaldığım məqam yaratdığımız qol imkanlarından yararlana bilməməyimizdir.

Prestij məsələsi mükafatdan daha önəmlidir. Təbii ki, bu məsələdə müəyyən nüanslar var, amma meydanda pul rol oynamır. Mükafat məsələsi futbolun ayrılmaz hissəsidir. Ancaq bir daha qeyd edirəm ki, əsas prioritet prestijdir.

Reallıq budur ki, böyük büdcəli klublarla daha məhdud büdcəyə malik komandalar arasında həmişə fərq olacaq. Yeri gəlmişkən, “Sabah”ı da Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bizim məqsədimiz isə daha yüksək mövqelər uğrunda mübarizə aparmaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью