Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
“Derbi Kaunti”nin hücumçusu Henrik Meister İngiltərə Çempionşipinin 7-ci turunda “Birminqem Siti” ilə oyunda xərəkdə meydandan çıxarılıb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 22 yaşlı danimarkalı futbolçu ikinci hissənin əvvəlində heç bir rəqib oyunçunun yaxınlığında olmadığı halda qəfil yerə yıxılıb. Bundan bir qədər əvvəl Meister hava mübarizəsində zərbə alıb.
Hadisədən sonra oyun təxminən 7 dəqiqə dayandırılıb və tibbi heyət futbolçuya müdaxilə edib. Meister xərəkdə meydandan çıxarılarkən hər iki komandanın azarkeşləri ayağa qalxaraq onu alqışlayıblar.
Qeyd edək ki, sözügedən qarşılaşmada “Birminqem Siti” 2:1 hesabı ilə qalib gəlib.