Meydanda tapılmadı, oyun baş tutmadı

13.01.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

MOİK-in qış toplanışını Sumqayıtda keçdiyi bəllidi.

Komandanın baş məşqçisi Qəzənfər Abbasov saytımıza son açıqlamasında yanvarın 12-də “Sabah”ın B komandası ilə yoldaşlıq oyunu keçirəcəklərini, digər rəqiblərinin həllə bəlli olmadığını söyləmişdi. Görəsən, həmin oyun baş tutdumu? Artıq rəqibləriniz müəyyənləşdimi? Bu sualları Qəzənfər bəyə ünvanladıq:

“Yoldaşlıq oyunu keçirilmədi. Meydança tapılmadığına görə oyun təxirə salındı. Onun yerinə məşq saldıq və çalışdıq. Yanvarın 14-də “Sumqayıt”la qarşılaşacağıq. Çox güman, oyun Sumqayıtda olacaq. Saatı hələ ki məlum deyil”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью