Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında XVII turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, "Neftçi" doğma meydanda "Zirə"ni qəbul edib. Görüşdə qol səsi çıxmayıb.
Matçdan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini jurnalistlərlə bölüşüb:
"Fasilədən sonra birinci oyun idi və səfərdə "Neftçi" kimi bir klubla oynayırdıq. Onların necə istəkli olduqlarının şahidi olduq. Biz də oyuna çox ciddi hazırlaşmışdıq. Strateji bir oyun olacağını anlayırdıq. İlk hissədə daha çox taktiki mübarizə getdi meydanda, ikinci hissə daha sürətli alındı. Son vuruşlarda daha dəqiq olsaydıq buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəkli oyunu məni qane etdi. Növbəti oyunlara hazırlaşacayıq."
Kamil Xudiyev