Meyit donordan orqan transplantasiyası yeni mərhələnin başlanğıcıdır Nadir Zeynalov

31.01.2026

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanda ilk meyit donordan orqan transplantasiyasının həyata keçirilməsi transplantasiya sisteminin yeni mərhələyə keçdiyini göstərir.

Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən elmi-praktiki dəyirmi masada deyib.

Nazir müavini bildirib ki, meyit donordan orqan köçürülməsinin əsas şərti olan beyin ölümü diaqnozunun qoyulması sahəsində uzun müddət tərəddüdlər mövcud olub. Bu səbəbdən Səhiyyə Nazirliyi tərəfindən geniş maarifləndirmə tədbirləri həyata keçirilib, metodiki tövsiyələr hazırlanıb, həkimlər üçün təlim və seminarlar təşkil olunub.

“2024-cü ildən etibarən ölkəmizdə beyin ölümü diaqnozları qoyulmağa başlanılıb. 2025-ci ildə isə ilk dəfə olaraq ailənin razılığı ilə meyit donordan orqan transplantasiyası həyata keçirildi. Sonrakı dövrdə bir neçə belə transplantasiya baş verdi və bu, mexanizmin artıq işlədiyini göstərdi”, – deyə Nadir Zeynalov vurğulayıb.

Nazir müavini qeyd edib ki, bu proses həm cəmiyyət tərəfindən qəbul olunmağa başlayıb, həm də həkimlərin və transplantasiya komandalarının texniki və peşəkar hazırlığının kifayət qədər yüksək olduğunu sübut edib.(azərtac)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью