Meyitdən 10 11 nəfərə orqan köçürülməsi mümkündür

24.02.2025

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beyin ölümü diaqnozu qoyulandan sonra təkrar testlər aparılır. Əgər beyin ölümü təsdiqlənərsə, o zaman Nazirlər Kabinetinin təsdiq etdiyi formaya əsasən mərhumun həyati fəaliyyətinin saxlanılması həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən brifinqdə deyib.

"Çalışırıq ki, ən azından ürəyin sinir sisteminin hesabına həmin mərhumun ürəyi 2-3 sutka döyünə bilsin. Orqanlar sağlamdırsa, 10-11 nəfərə orqan köçürülə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью