Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
"Azərbaycanda plastik cərrahların sayı yetərincədirmi? Səhiyyə Nazirliyinin məlum siyahısından sonra indi də bunu müzakirə edirik".
Ölkə.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.
"Ölkə insanlarının (əsasən qadınların) qəfil orqan və toxumalarında defekt və deformasiya aşkarlanıb. Yəni plastik cərrahiyyənin təyinatı budur. Və bu istiqamətdə güclü mübarizə gedir...
Olsun. Bizdə də olsun! Amma dünya cərrahiyyəsi indi meyitdən adam düzəldir. Bəlkə istedadımızı buna yönəldək?!", - deyə o bildirib.
Həmidə İbrahimova