Meyitini sübh tezdən obyektin qabağından tapdılar Bakıda

27.02.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda küçədən kişi meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə sübh tezdən Nizami rayonu, Ş.Mirzəyev küçəsində qeydə alınıb.

Paytaxt sakini 60 yaşlı Elçin Novruz oğlu Novruzovun meyiti küçədə, obyektlərin qarşısında aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

Qeyd edək ki, mərhumun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью