Meyitlərin yandırılması İslam dininə uyğun olmayan ənənədir, mərkəzin yaradılması birmənal…
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlərin yaradılması məsələsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Bu, Azərbaycanın multikultural bir ölkə olduğunun bariz nümunəsi olsa da, meyitlərin yandırılmasına İslam dinində icazə verilmədiyi üçün Azərbaycan xalqı bunu heç də yaxşı qarşılamayacaq”.
İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib.
İlahiyyatçı deyib ki, Azərbaycan xalqının inancı İslam inancıdır və xalq müsəlman xalqdır: “Azərbaycan xalqının inancı islam inancıdır və xalq müsəlman xalqdır.
Tarix boyunca Azərbaycan xalqı dünyasını dəyişən doğmalarını İslam dinimiz buyurduğu kimi dəfn edib, torpağa tapşırıb.
Nəinki islam dinində, eləcə də bütün səmavi dinlərdə meyitin yandırılması ilə bağlı hansısa şərt, məcburiyyət, əmr və s. yoxdur.
Bu adət buddizmdən gəlib və Azərbaycan xalqına çox uzaq ənənədir.
Tam oxu
Xəbəri oxu