Meymumçiçəyinə yoluxanların SAYI ARTIR

10.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Noyabrın 3-dən dekabrın 1-dək Afrikada 2 mindən çox laboratoriya tərəfindən təsdiqlənmiş meymumçiçəyi virusuna yoluxma halı müəyyən edilib.

Bakıvaxtrı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ən çox virusa yoluxma və ölüm halının bu dövrdə Konqo Demokratik Respublikasında (DRC) qeydə alındığı bildirilir 

Məlumata görə, son bir ayda Anqola meymunçiçəyi xəstəliyinin aşkar edildiyi ölkələr sırasına qoşulub. 2022-ci il yanvarın 1-dən bu il oktyabrın 31-dək dünya üzrə 115 101 təsdiqlənmiş meymunçiçəyi hadisəsi, o cümlədən 255 ölüm halı müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью