Meymun 84 yaşlı qarını öldürdü

03.07.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada şəxsi heyvanxanada saxlanılan meymun 84 yaşlı qadını öldürüb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Adıgey Respublikasında, Taxtamukaysk rayonunda baş verib.

Heyvanxana sahibəsinin nənəsi qəfəsdə saxlanılan 10 baş makakanı yemləmək istəyərkən, onlardan biri qadına hücum edib. Ayağından bir neçə dişlək yarası alan qarı təcili tibbi yardım gələnə kimi qanitirmədən dünyasını dəyişib. Bu azmış kimi həmin meymun 39 yaşlı nəvəyə də hücum edib. Amma kişi xəsarətlər baxmayaraq sağ qalıb.

Yerli mətbuatın yazdığına görə, heyvanxana qeyri-qanuni fəaliyyət göstərirmiş. Həmçinin, meymunları yemləyən zaman mərhum təhlükəsizlik qaydalarına riayət etməyib.

Qeyd edək ki, ölüm faktı və qanunsuz fəaliyyətlə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью