“Meymun çiçəyi nin geniş epidemiya yaratmaq potensialı bugün yoxdur” | Icma.az
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Əvvəla qeyd edim ki, "Meymunçiçəyi" virusu çiçək virusu ailəsinə aiddir. Bura suçiçəyi, təbii çiçək kimi viruslar da aiddir”.
Bu sözləri SİA-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, təbii çiçək çox təhlükəli infeksiyadır: “Zamanında milyonlarla insan tələfatına gətirib çıxarıb və vaksinasiya nəticəsində 80-ci ildə yoxa çıxıb.
Amma istənilən müddət bu yenə baş verə bilər”. Adil Qeybulla sözlərinə belə davam edib: “Meymun çiçəyi virusu da bu ailəyə aiddir.
"Meymun çiçəyi" virusunda da başqa çiçək virusunda olduğu kimi bədəndə səpgilərin olması çox xarakterikdir.
Bu zaman içi sarı maye dolu pustulalar baş verir. Bu çox xarakterikdir.
Ondan başqa, bu limfa düyünlərinin böyüməsi, üşütmə, qızdırma, baş ağrıları, əzələ ağrıları, bel ağrıları baş verir.
Tam oxu
Xəbəri oxu