Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Hindistanın Rançi rayonunda dişi meymun mağazaya girərək, spirtli içki içib və elə oradaca yatıb.
Modern.az xəbər verir ki, qeyri-adi hadisə Carxand ştatında qeydə alınıb.
Meymunu mağazadan təhlükəsiz şəkildə çıxarmaq üçün hadisə yerinə xilasedicilər çağırılıb.
Əməliyyat başa çatdıqdan sonra mağaza fəaliyyətini bərpa edib. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.