Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Hindistanda meymunçiçəyi (mpox) virusunun davam edən mutasiyası aşkarlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Hindistan alimləri ilk dəfə meymunçiçəyinin (mpox) yeni variantı üzrə dərin genetik tədqiqat apararaq virusda davam edən mutasiya prosesini və insandan insana yoluxma əlamətlərini müəyyən ediblər.
Araşdırmanın nəticələri "Virology" jurnalında dərc olunub. Son dövrlərdə mpox virusunun yeni ştamı, əvvəlcə yalnız Afrikada müşahidə edilməs
Xüsusilə "Clade Ib" variantı yayılma baxımından diqqət çəkir.
Hindistanın Milli Virusologiya İnstitutunun (ICMR-NIV, Pune) və bir neçə digər laboratoriyanın apardığı araşdırmaya əsasən, 2024-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Keralada mpox virusunun 10 "Clade Ib" halı qeydə alınıb.
Bu fakt virusun regional və qlobal səviyyədə nəzarət və monitorinqinin vacibliyini bir daha göstərir.
Alimlərin əldə etdiyi nəticələr virusun aktiv təkamül mərhələsində olduğunu ortaya qoyub.
Tədqiqatçılardan biri bildirib: "Araşdırma göstərdi ki, mpox virusu həqiqətən mutasiya edir, çünki biz davamlı insandan insana yoluxmaya işarə edən spesifik mutasiya nümunəsini aşkar etdik".
Tam oxu
Xəbəri oxu