Meymunçiçəyi virusu insandan insana keçməyə başlayıb | Icma.az
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanın Kerala ştatında meymunçiçəyi virusunun yeni, təhlükəli bir növü aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı yazıb.
Məlumata görə, genetik analiz infeksiyanın yayılmasının xarici səyahətlər və insandan insana ötürülmə ilə əlaqəli olduğunu göstərib.
Tədqiqat Hindistan Tibbi Tədqiqatlar Şurasının (ICMR), Virologiya İnstitutunun və bir neçə diaqnostika laboratoriyasının mütəxəssisləri tərəfindən birgə aparılıb.
Alimlər virusun əvvəllər Afrikada müəyyən edilmiş Clade Ib ştamı olduğunu müəyyən ediblər.
O, yüksək virulentliyə malikdir və insandan insana asanlıqla ötürülür.
Təsdiqlənmiş on xəstədən doqquzunun əvvəllər xaricə səyahət etdiyi məlum olub.
Tam oxu
Xəbəri oxu