Meymunçiçəyi yenidən aktivləşir?

02.04.2025

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Alimlər meymunçiçəyinin epidemiyaya çevrilməsi ilə bağlı xəbərdarlıq ediblər.

"Medicina" xəbər verir ki, Böyük Britaniyanın Surrey Universitetinin bir qrup tədqiqatçısının məqaləsində deyilir.

Yazıda qeyd olunur ki, əvvəllər əsasən heyvanlardan insanlara keçən bu virus indi insandan insana keçmək mərhələsinə qədəm qoyub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada yayılan meymunçiçəyi epidemiyasını bütün dünya üçün ciddi təhlükə törətdiyini bəyan edib. ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью