Meymunçiçəyinə yoluxmuş 100 dən çox pasient xəstəxanadan qaçıb KİV

04.02.2025

Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Konqonun şərqindəki müvafiq izolyasiyalı xəstəxanadan meymunçiçəyinə yoluxmuş 100-dən çox pasient xəstəxanadan qaçıb. Bu barədə xarici KİV-də məlumat yayıb.

Bildirilib ki, virusa yoluxan şəxslər ölkədəki daxili savaşın yaratdığı qarışıqlıqdan istifadə edərək xəstəxananı tərk ediblər.

Hazırda onların tapılması istiqamətində polislər tərəfindən tədbir görülür.

Bu ilin əvvəlində meymun çiçəyinin yeni, daha yoluxucu bir növü aşkarlanıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.
Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymun çiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Aytac Zeynalova


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью