Icma.az bildirir, Demokrat.az portalına istinadən. "Meymunçiçəyi virusu həm heyvanlarda, həm də insanlarda xəstəlik törədir.
Virus çiçək virusu ailəsinə aiddir. Həmin kateqoriyaya dünyanın 4 karantin virusundan olan təbii çiçək virusu, suçiçəyi kimi xəstəliklər aid
Meymunçiçəyi virusu çiçək virusu qrupuna aid olduğu üçün dəridə xarakterik səpkilər, sarımtıl maye ilə dolu qabarlar əmələ gəlir".Bu sözləri
"Bununla yanaşı virus bütün intoksikasiya əlamətlərini də özündə daşıyır. Baş ağrısı, bel ağrısı, ümumi halsızlıq, qızdırma halları olur.
Virusa yoluxan zaman limfa düyünlərinin böyüməsi daha xarakterik olur.
Səpkilər və limfa düyünlərinin böyüməsi varsa, bu, meymunçiçəyinin xarakterik göstəricisidir.
Belə hallarda dioqnoz qoyulduqda insanlar təcrid olunmalıdırlar.
Meymunçiçəyi virusu dəri təması ilə, öskürək və bəlğəmlə xaricə çıxır, dəriyə düşərək xəstəlik törədir.