Məyus olmuş Tramp Putinə Ukrayna ilə bağlı “son sərt tarix” qoydu Axios | Icma.az
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. ABŞ Prezidenti Donald Tramp Rusiya rəhbəri Vladimir Putinə Ukraynada atəşkəs rejimi
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Axios” nəşri mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, Tramp Putinə aprelin sonuna qədər vaxt verib.
Bildirilir ki, ABŞ lideri son həftələrdə Ukrayna ilə bağlı sülh danışıqlarında əhəmiyyətli irəliləyişin olmamasından məyus olub.
Qeyd olunur ki, bir məqamda Tramp Putinin şərhlərinin onu "qəzəbləndirdiyini” bildirib.
Nəşrin məlumatına əsasən, Trampın təyin etdiyi bu "deadline”a görə, əgər aprelin sonuna qədər Ukraynada atəşkəsə nail olunmasa, ABŞ lideri ya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə, ya da Konqresi yeni sanksiya qanunu qəbul etməyə çağıracaq.
"Biz tezliklə – aylar deyil, bir neçə həftə ərzində – Rusiyanın sülhə ciddi yanaşıb-yanaşmadığını biləcəyik.
Mən ümid edirəm ki, bu belədir”, – "Axios” ABŞ dövlət katibi Marko Rubionun Brüsseldə NATO sammitində dediyi sözləri sitat gətirib.
Tam oxu
Xəbəri oxu