Məyusedici məğlubiyyət oldu Kurban Berdiyev

01.02.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Qarabağ" doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.

Fanat.Az Kurban Berdiyevin "Qarabağ"la oyun haqda fikirlərini təqdim edir:

"İlk öncə "Qarabağ"ı avrokuboklarda uğurlu çıxışı münasibətilə təbrik etmək istəyirəm. Bu, ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur. "Qarabağ" lider kimi çox layiqli mübarizə aparır. Oyuna gəldikdə ümumilikdə razı qaldıq, xüsusilə ikinci hissədən. Birinci hissədə bir qədər ehtiyatlı oynadıq. Məyusedici məğlubiyyət oldu. Son dəqiqələrdə imkanlarımız var idi, lakin reallaşdıra bilmədik."

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью