Meyvə bağları və əkin sahələri üzrə aqrar sığorta ödənişləri 4 dəfə artıb AZƏRTAC | Icma.a…
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 29 noyabr, AZƏRTAC Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığor
Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb.
Aqrar Sığorta Fondundan (ASF) AZƏRTAC-a verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrar sığorta ödənişi həyata keçirilib.
Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə çoxdur.Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409 min manat sığorta ödənişi edilib.
Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvə bağları və əkin sahələri üzrə həyata keçirilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıqdır.Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişlər edib.
Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45 faiz çoxdur.2024-cü ilin 10 ayında ölkə üzrə 406 min 500 hektar əkin sahəsi sığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb.
Ən çox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkər çuğunduru, buğda, arpa, qoarğıdalı, pambıq sahələridir.Eyni zamanda ölkə üzrə 2 min 619 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 1 milyon 580 min manat sığorta haqqı toplanılıb.
Tam oxu
Xəbəri oxu