Meyxanaçı Balaəlinin başına iş gəldi Prodüseri danışdı

11.04.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Tanınmış meyxanaçı Balaəli Maştağalının avtomobil qəzası keçirməsinə dair məlumatlar yayılıb. İddialara görə, qəza zamanı günah meyxanaçıda olsa da, qarşı tərəfin zərərini ödəməyib.

Bakupost.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı meyxanaçı ilə əlaqə yaradıb.

Onun prodüseri Ramil Nuriyev (Pələng) xəbərin yalan olduğunu bildirib:

“Deyilənlərə inanmayın, şayiədir. Ortada heç bir əsaslı görüntü yoxdur. Balaəli hazırda ARB televiziyasında “Günəbaxan” verilişinin qonağıdır. Oradan da çıxıb şəxsi avtomobili ilə rayona toya gedəcək. Qəza, əzilmə və sair kimi məlumatlar əsassızdır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью