Meyxanaçı gəlin namizədi olmadan özünə toy edib Video

02.02.2025

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Meyxanaçı gəlin namizədi olmadan özünə toy edib - Video

Mərhum meyxanaçı Məşədibabanın oğlu Mircəlal maraqlı addım atıb.

OLAY yazır ki, bu barədə o, “Rəngarəng” verilişində danışıb.

Gənc meyxanaçı deyib ki, həyatında kimsə olmasa da, özünə toy edib:

“Mən ailə qurmamışam, 22 yaşım var. Biz bakılılarda belə bir adət var ki, kişi toyunu əvvəlcədən edib, sonra kimisə tapıb gətirə bilərsən. Mən pul yığmaq üçün etməmişdim. Ağbirçəklər, ağsaqqallar var idi, xəstəydilər, can üstündəydilər. Arzuları idi, mənim toyumu görsünlər. Onlara xatir etdim. Yaxşı ki, etmişəm, bir neçəsi dünyasını dəyişdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью