Meyxanaçı Kərimin SON DURUMU: Ancaq nəfəsi gedib gəlir

27.05.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Kərimin vəziyyəti heç yaxşı deyil. Nə otura bilir, nə qalxa bilir”.

Bunu Lent.az-a açıqlamasında meyxanaçı Kərimin dostu Ağamirzə deyib.

“Ancaq nəfəsi gedib-gəlir. Danışa da bilmir. Həkimlər deyirlər ki, hələ bu cür qalıbsa, şükür edin”, - o əlavə edib.

Qeyd edək ki, meyxanaçı Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiq xəstəsidir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью