Meyxanaçı Kərimin son vəziyyəti açıqlandı KONKRET

28.05.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kərimin vəziyyəti heç yaxşı deyil. Nə otura bilir, nə qalxa bilir”.

KONKRET.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında meyxanaçı Kərimin dostu Ağamirzə deyib.

“Ancaq nəfəsi gedib-gəlir. Danışa da bilmir. Həkimlər deyirlər ki, hələ bu cür qalıbsa, şükür edin”, – o əlavə edib.

Qeyd edək ki, meyxanaçı Kərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Üç dəfə insult keçirən meyxanaçı şəkər və təzyiq xəstəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью