Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Tanınmış meyxanaçı Vahid Qədim (Hazırda Rusiyada yaşayır) bir neçə gün əvvəl sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə RTV-yə açıqlama verib.
Tanınmış söz ustadı bildirib ki, bu məsələ ilə bağlı saxlanılıb və polis tərəfindən dindirilib:
"O, özünə qəsd edib. Hadisə vaxtı heç mən orada olmamışam. Başqa şəhərdə idim. Uçub gələndə məni saxladılar. Daha sonra dindirməyə başladılar".