Meza Kolli üçün Azərbaycan variantı

16.07.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Ötən mövsümü “Araz-Naxçıvan”da keçirən Sezar Meza Kolli yenidən Premyer Liqada oynaya bilər.

Futbolpress.az-ın məlumatına görə, debütantlar “Karvan” və “İmişli” oyunçunun xidmətində maraqlıdır. Klublar uzun illər Azərbaycanda top qovan və Premyer Liqa təcrübəsinə sahib paraqvaylı yarımmüdafiəçi ilə danışıq aparır.

Sezar da burda qalmağa müsbət yanaşır. Futbolçu seçim etməkdə tələsmir.

Meza Kolli daha əvvəl “Zirə”, “Neftçi”, “Şamaxı” (keçmiş “Keşlə”), “Araz-Naxçıvan”da forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью