Məzahir Pənahov: 685 bələdiyyəyə 8 071 nəfər üzv seçilməlidir

28.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ölkə ərazisindəki bələdiyyə seçkisi 118 seçki dairəsini əhatə edən 5 846 seçki məntəqəsində keçirilir".

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 685 bələdiyyəyə 8 071 nəfər üzv seçilməlidir:

"Məntəqələrdən 5 734-ü daimi, 112-si isə müvəqqəti məntəqədir. Seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью