Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə bağlı indiyədək üç minə yaxın şəxsin namizədliyi irəli sürülüb AZƏRTAC

12.12.2024

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Bələdiyyə seçkilərinə hazırlıq Təqvim Planına uyğun olaraq həyata keçirilir. Artıq yerlərdə namizədlər irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində indiyədək 3 minə yaxın şəxsin namizədliyi irəli sürülüb və onların qeydə alınması mərhələsi gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью