Məzahir Pənahov: Bələdiyyə seçkilərinin nəticələri həmin gün və ya bir gün sonra açıqlanacaq

20.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bütün nəticələrini həmin gün axşam və ya ayın 30-u açıqlanacaq.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, yanvarın 29-da insanlar bələdiyyə seçkilərinə əhəmiyyət verərək, seçkiyə gələcək: "Bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər namizədliklərini irəli sürüblər. 70 mindən artıq müşahidəçi seçkiləri izləyəcək. 1000 məntəqədə isə kamera quraşdırılıb. Yanvarın 29-u axşam və ya 30-u bütün nəticələri açıqlayacağıq".

İşğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.

MƏLUMAT YENİLƏNİR

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью