Məzahir Pənahov bələdiyyə seçkisinin vaxtını açıqladı

06.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bələdiyyə seçkilərinin yanvar ayının 25-dən sonra keçirilməsi məqsədəuyğundur.

"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.

MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışıb:

“Biz gərək tez bir zamanda dairə seçki komissiyalarını formalaşdıraq. Onlar da məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar versinlər. Yeni seçilən üzvlər üçün maarifləndirmə proqramı həyata keçirək”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью