Məzahir Pənahov qadınlara SƏSLƏNDİ

26.11.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qadınlara səslənib.


Manset.az xəbər verir ki, o, MSK-nın bugünkü iclasında qadınları bələdiyyə seçkilərində namizəd kimi iştirak etməyə çağırıb.

"MSK-nın mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər. Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur", - MSK sədri qeyd  edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью