Məzahir Pənahov: Seçkilər böyük maraqla qarşılanır

29.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Seçkilər Azərbaycanda böyük maraqla qarşılanır.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 25 siyasi partiyadan 24-ü seçkilərdə iştirak edir:

"Cəmiyyətin bütün təbəqələri seçkilərdə iştirak edir. Məntəqələrdə vətəndaşların səs verməsi üçün bütün şərait yaradılıb. Çalışmışıq ki, məntəqələrdə müşahidəçilər üçün də çətinlik olmasın. Bundan başqa, media da icazəsiz müşahidəçi ola bilərlər. Xatırladım ki, müşahidəçilərimizin sayı ümumilikdə 71 209 nəfərdir. Kimsə seçicinin səsverməsinə mane ola bilməz. Əgər buna cəhd olsa, qarşısı alınacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью