Məzahir Pənahov sosial şəbəkələrdəki görüntülərdən danışdı

10.02.2025

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bələdiyyə seçkiləri ilə bağlı sosial şəbəkələrdə 68 görüntü var.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, həmin görüntülər araşdırılır.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, birbaşa seçki dairələrindən gələn müraciətlərdən 5-i qalıb, dairələrdən daha 2 müraciət də gözlənilir: “Ancaq sosial şəbəkələrlə bağlı görüntülərlə əlaqədar deyəcəklərimiz qalıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью