Məzahir Pənahov vəzifədən gedir? Özü danışdı

20.01.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Mərkəzi Seçki Komissiyasını (MSK) parlament formalaşdırır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

“Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır”, - deyə o, MSK-nın indiki tərkibinin səlahiyyət müddətinin bu il başa çatması ilə bağlı suala cavabında söyləyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur. (Unikal)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью