Məzar daşının 180 min manat olması dərəbəylikdir

28.01.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakı şəhərində məzar daşlarının qiymətləri ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, paytaxtda məzar daşlarının qiymətləri geniş diapazonda dəyişir. Qiymətlər minimum 1300 manatdan başlayır. Bəzi hallarda isə məzar daşlarının dəyəri 180 min manata qədər yüksəlir. Qiymət fərqi əsasən istifadə olunan materialdan asılıdır. Dizayn, ölçü və əl işlərinin olması qiymətə ciddi təsir göstərir. Mərmər, qranit və xüsusi sifarişlə hazırlanan məzar daşları daha baha olur. Əlavə bəzək elementləri də xərci artırır. Bu qiymətlər digər yas mərasimi xərcləri ilə birlikdə ailələr üçün ciddi maliyyə yükü yaradır.
Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, bu sahədə dərəbəylik mövcuddur:
“Təbii ki, istifadə olunan materialların alınması və digər xərclər var və bunlar müəyyən qədər qiymətə təsir göstərə bilər. Amma istənilən halda məzar daşları məsələsində insanların sadəliyə üstünlük verməsi daha məqsədəuyğundur. Hər hansı formada həddindən artıq dəbdəbəli və təmtəraqlı məzar daşlarından uzaq durmaq lazımdır. Çünki bu, əlavə xərcdir və nə mərhuma, nə də sağ qalanlara fayda verir. Buna görə də insanların daha rahat, sadə, başa düşülən və maliyyə baxımından daha münasib variantlara üstünlük verməsi doğru yanaşmadır. Təbii ki, satışla məşğul olan şəxslər təklif etdikləri məhsulların maya dəyərini nəzərə alırlar. Lakin eyni zamanda onların da insaflı olması vacibdir. Vəfat etmiş insanların ailələrinə həddindən artıq maliyyə yükü salmaq, onları çətin vəziyyətə salmaq düzgün deyil”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью