Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazaxıstanın Almatı vilayətində, Esik şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Saka dövrünə aid zəngin dəfn kompleksi aşkarlanıb.
1969–1970-ci illərdə Esik kurqanında aparılan qazıntılar zamanı təxminən 17–18 yaşlarında olduğu bildirilən şəxsin geyimi və ayaqqabılarında tökmə və döymə üsulu ilə hazırlanmış 4 mindən çox qızıl lövhəcik aşkar edilib.
Məzardan, həmçinin qızıl bəzəklərlə işlənmiş baş geyimi, silahlar və üzərində 26 işarədən ibarət yazı olan gümüş qab tapılıb. Gümüş qabdakı yazı bu günədək tam və yekdil şəkildə oxunmayıb.
Tədqiqatçılar tapıntını Saka dövrünün yüksək sənətkarlıq səviyyəsini və dəfn ənənələrini əks etdirən mühüm arxeoloji nümunə hesab edirlər.
“Qızıl Adam” adı ilə tanınan bu qədim tapıntı hazırda Qazaxıstanın milli-tarixi simvollarından biri kimi təqdim olunur.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. 1969–1970-ci illərdə Esik kurqanında aparılan qazıntılar zamanı təxminən 17–18 yaşlarında olduğu bildirilən şəxsin geyimi və ayaqqabılarında tökmə və döymə üsulu ilə hazırlanmış 4 mindən çox qızıl lövhəcik aşkar edilib.