Məzarım hazırdır, başdaşı da qoydurmuşam

14.05.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev özünə məzar hazırlatdırıb.

Axşam.az xəbər verir ki, bu barədə bəstəkar "Xəzər axşamı"nda qonaq olarkən deyib.

"İnsan öləndən sonra heç nə hiss etmir. Amma yerdə qalana əziyyət olur. İstəmirəm, mən öləndən sonra kimsə əziyyət çəksin. Çoxdan hazır etmişəm. Bunu mənim kimi edənlər var. Məqsəd evdəkiləri işin birindən azad etməkdir. Yalançı başdaşı da qoydurmuşam ki, heç kim ora girməsin. Hərdən gedib mühəndis gözü ilə baxıram, görüm, məzarımda nə çatır, nə çatmır? Məzar üçün yeri alanda hələ anam sağ idi. Məni tənqid etdi ki, bizdə belə şey yoxdur, etmə. Qardaşım da bizi dinləyirdi. Sonda dözə bilmədi, söylədi ki, sən ölməyində ol, biz sənə yer taparıq (gülür)" deyə, C.Quliyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью